Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki müdafiəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1992-ci il 31 iyul tarixli 93 nömrəli, “Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1992-ci il 31 iyul tarixli 94 nömrəli, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 15 aprel tarixli 122 nömrəli, “Dövlət gənclər siyasəti haqqında” 1999-cu il 29 iyul tarixli 169 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 614 nömrəli, “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2005-ci il 14 iyul tarixli 258 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 1997-ci il 5 iyun tarixli 595 nömrəli Fərmanının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 31 iyul tarixli 93 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 15, maddə 641) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mülki müdafiəsi haqqında Əsasnamə”nin 16-cı hissəsinin birinci cümləsində “qrup əlillər” sözləri “dərəcə əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 31 iyul tarixli 94 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 15, maddə 642; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 761; 2018, № 3, maddə 412) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında Əsasnamə”nin 27-ci maddəsinin 1-ci hissəsinin 3-cü abzasında “III qrup əlili” sözləri “III dərəcə əlilliyi olan şəxs” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231; 2000, № 3 (I kitab), maddə 159; 2008, № 7, maddə 611, № 8, maddə 719, № 10, maddə 896; 2009, № 2, maddə 71, № 12, maddələr 977, 987; 2011, № 7, maddə 633; 2012, № 6, maddə 545; 2014, № 7, maddə 791, № 11, maddə 1408, № 12, maddə 1570; 2015, № 1, maddə 20; 2016, № 6, maddə 1050; 2018, № 10, maddə 2007, № 12 (I kitab), maddə 2615; 2019, № 2, maddə 206, № 5, maddə 844) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. dördüncü abzasa “57-ci maddəsinin ikinci hissəsində,” sözlərindən sonra “74-cü maddəsinin “Qeyd” hissəsində,” sözləri, “96-cı maddəsinin 3-cü hissəsində,” sözlərindən sonra “98-ci maddəsinin 2-ci hissəsində,” sözləri və “263-cü” sözlərindən əvvəl “232-ci maddəsinin 3-cü hissəsində,” sözləri əlavə edilsin;

3.2. yeddinci abzasın “ç” bəndi ləğv edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 iyul tarixli 169 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 431; 2001, № 7, maddə 459; 2007, № 5, maddə 459; 2010, № 2, maddə 80; 2017, № 5, maddə 802; 2019, № 3, maddə 406; 2020, № 4, maddə 397) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı”nın V bölməsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 9-cu hissənin “Tədbirin adı” sütununda “Gənc əlillərin” sözləri “Əlilliyi olan gənclərin” sözləri ilə və “zamanı əlil olanların” sözləri “ilə əlaqədar əlilliyi müəyyən edilənlərin” sözləri ilə əvəz edilsin;

4.2. 10-cu hissənin “Tədbirin adı” sütununda “əlil” sözü “əlilliyi olan” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 760; 2003, № 9, maddə 479; 2005, № 1, maddə 15; 2011, № 3, maddə 180; 2016, № 2 (II kitab), maddə 227) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. ikinci abzasdan “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci maddələrinin birinci hissəsində və 43-cü maddəsinin yeddinci hissəsində,” sözləri və “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsində,” sözləri çıxarılsın;

5.2. üçüncü abzasdan “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində, 40-cı maddəsinin birinci hissəsində və 42-ci maddəsinin üçüncü hissəsində,” sözləri və “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin ikinci hissəsində,” sözləri çıxarılsın;

5.3. dördüncü abzas ləğv edilsin.

6. “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 594; 2008, № 5, maddə 373; 2013, № 8, maddə 897; 2016, № 10, maddə 1627; 2017, № 5, maddə 770, 2018, № 2, maddə 207; 2019, № 5, maddə 847) 2.1-ci bəndində “əlil uşaqlarına” sözləri “əlilliyi olan övladlarına” sözləri ilə əvəz edilsin.

7. “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 5 iyun tarixli 595 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 357; 2001, № 7, maddə 459; 2006, № 9, maddə 743; 2007, № 5, maddə 459) ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 avqust 2020-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin