Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə

Azərbaycan Respublikasının 2017-ci il
15 dekabr tarixli Qanunu ilə
təsdiq edilmişdir

Maddə 1. Təltif edilən şəxslər 

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə 2018-ci il avqustun 23-dək Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində (bundan sonra – Xidmət) həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğur qazanmış zabitlər, gizirlər, çavuşlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xidmətdə səmərəli fəaliyyət göstərən mülki işçilər, Xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış şəxslər, habelə onun fəaliyyəti ilə bağlı layiqli xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin digər silahlı birləşmələrinin hərbi qulluqçuları və başqa şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 3. Taxılma qaydası

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)” Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin