Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Auditorlar Palatası üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illiyi münasibətilə auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Palatanın aşağıdakı üzvləri “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Abbasov Çingiz Abbas oğlu

Axundov Nazim Zakir oğlu

Bayramov Vəli Oruc oğlu

Əhmədov Hafiz Məhəmməd oğlu

Əliyev Elçin Məmməd Əli oğlu

Əliyev Razı Təhməz oğlu

Hüseynov Zamin Ramazan oğlu

İbrahimov Elnur Elxan oğlu

İsmayılov Nazim Məmməd oğlu

Qurbanov Abbasəli Şükür oğlu

Musayev Adıgözəl Maqsud oğlu.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2021-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin