Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Respublikasının Avropa Şurasına üzvlüyünün 20 illiyi Strasburqda qeyd olunub VİDEO

Strasburq, 26 yanvar, AZƏRTAC

2001-ci il yanvarın 25-də Azərbaycan Respublikası Avropa Şurasına (AŞ) üzv olub. Strasburqda Avropa Şurası yanındakı daimi nümayəndəliyində ölkəmizin bu təşkilata üzv olmasının 20 illiyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Avropa Şurasının Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətimizin üzvlərinin də iştirak etdiyi tədbiri Avropa Şurası yanında daimi nümayəndəliyimizin rəhbəri Fəxrəddin İsmayılov açıb. Əvvəlcə 44 günlük Vətən müharibəsi və Birinci Qarabağ müharibəsində canlarını Vətən uğrunda fəda etmiş qəhrəman şəhidlərimizin, eləcə də 20 Yanvar qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ölkəmizi Avropa Şurasına aparan yolun qısa tarixinə toxunan F.İsmayılov bu yolda üzləşdiyi maneələrə rəğmən ulu öndər Heydər Əliyevin müdrik və qətiyyətli mövqeyi sayəsində ölkəmizin 2001-ci ildə Avropa Şurasına üzv qəbul edilməsinə nail olunduğunu bildirib. Daimi nümayəndə vaxtaşırı olaraq ikili standartlarla üzləşən Azərbaycanın Avropa Şurası daxilindəki münasibətlərin qarşılıqlı hörmət və dialoq üzərində qurulmasının vacibliyinə inandığını bildirib. O, 2001-ci ildə Ermənistanla birgə Avropa Şurasına qəbul edilən zaman Azərbaycanın Avropa qitəsinin bu mötəbər təşkilatının işğal altında olan torpaqlarımızın azad edilməsinə yardımçı olacağına dair böyük ümidlər bəsləndiyini xatırladıb, sonradan bu ümidlərin özünü doğrultmadığını qeyd edib.

F.İsmayılov Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz tərəfindən haqq-ədalətin bərpa edildiyini vurğulayıb və artıq 20 faiz torpağını işğaldan azad edən Azərbaycan üçün beynəlxalq aləmdə, o cümlədən Avropa Şurası çərçivəsində yeni bir dönəmin başladığını bildirib.

Ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Şurasına üzvlüyümüzün 20 ili ərzində formalaşmış münasibətlər haqqında danışıb. Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə təşkilatın mənzil-qərargahı qarşısında Azərbaycan bayrağının qaldırılması ilə bağlı tarixi mərasimin canlı şahidi kimi fikirlərini bölüşən komitə sədri 20 il öncə Ermənistanın işğalı ilə əlaqədar Azərbaycanın Avropa Şurasına ağrı ilə yanaşı, böyük ümidlərlə gəldiyini söyləyib. Buna baxmayaraq, ölkəmiz illər boyu qeyri-obyektiv mövqe və ikili standartlarla qarşılaşıb. O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası hər birimizin böyük arzusu olub və bu arzu xalqın iradəsini əks etdirən və onu bir yumruqda birləşdirən, milli maraqları ən ali maraq kimi müdafiə edən lider, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sayəsində reallaşıb. S.Seyidov ərazi bütövlüyünü bərpa etmiş bir ölkənin nümayəndə heyətinin üzvləri kimi AŞPA-nın qış sessiyasına gəlməkdən böyük qürur və fəxr hissi keçirdiklərini vurğulayıb.

Avropa Şurasına üzvlüyümüzün ilk günlərindən AŞPA-da nümayəndə heyətimizin tərkibində olmuş deputat Rafael Hüseynov çıxışında ötən dövrlə bağlı xatirələrini bölüşüb və xüsusilə üzvlüyə qəbul edilməyimiz ərəfəsində ümummilli lider Heydər Əliyevin Avropa Şurası rəsmiləri ilə görüş və müzakirələrindən bir sıra tarixi məqamlara toxunub. O, vaxtilə AŞPA-da nümayəndə heyətimizin rəhbəri olmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər və əldə olunan nailiyyətlərə nəzər salıb və hazırkı heyətin də məhz onun müəyyən etdiyi xətt üzrə fəaliyyətini davam etdirdiyini söyləyib. Deputat Avropa Şurasına üzvlüyün 20 illiyini önəmli bir tarix kimi xarakterizə edib və bu illər ərzində ölkəmizin əldə etdiyi tərəqqini çox yüksək qiymətləndirib.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Azərbaycan Respublikasının Avropa Şurasına üzvlüyünün 20 illiyi Strasburqda qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb