Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 6-cı bəndinə və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsinə təqdim edilmiş Səbinə Yaşar qızı Əliyevanın, Kəmalə Zakir qızı Əliyevanın və Kəmalə Nəbi qızı Abıyevanın namizədliklərini müzakirə edərək, qərara alır:

Səbinə Yaşar qızı Əliyeva Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilsin.

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                     O.Əsədov

Bakı şəhəri, 29 noyabr 2019-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin