Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 612; 2011, № 12, maddə 1108; 2012, № 6, maddə 501; 2017, № 5, maddə 732, № 7, maddə 1298) aşağıdakı dəyişikliklər edilsin:

1. 21.1-ci və 24.1-ci maddələrə “orqanının” sözündən sonra “və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun” sözləri əlavə edilsin.

2. 24.2.6-cı maddəyə və 28.3-cü maddənin birinci cümləsinə “müvafiq icra hakimiyyəti orqanının" sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)" sözləri əlavə edilsin.

3. 28.4-5-ci və 143-cü maddələrdə "müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin