Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikasının Milli Məclisi  qərara alır:

“Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 30 mart tarixli 33-VIQR nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. “Məmmədov Ramiz
      Mahmud oğlu

 AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik;

    Məşədiyev Qara
    İbrahim oğlu

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor;”

 sözləri aşağıdakı sözlər ilə əvəz edilsin:

İmanlı Akif
 Kazım oğlu

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor;

Abışov Elşad
Şərəfxan oğlu
 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent;”

2. “İmanov Emin
     Dürhəsən oğlu

Milli Məclis Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri.”

 sözləri aşağıdakı sözlər ilə əvəz edilsin:

“Məmmədzadə Aqşin
  Təvəkkül oğlu

Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri.”

  

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                    Sahibə Qafarova

Bakı şəhəri, 5 aprel 2022-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin