Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2 (I kitab), maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153, № 4, maddə 524, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851, № 11, maddə 2212, № 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, № 1, maddələr 23, 50, № 5, maddələr 806, 812, 814, № 6, maddələr 994, 996, № 7, maddə 1202, № 8, maddə 1369, № 11, maddə 1681, № 12, maddə 1908; Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 62-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 885-1-ci maddə əlavə edilsin:

“Maddə 885-1. Aqrar sığorta sistemi

Aqrar sığorta sistemi ilə əhatə olunan münasibətlər bu Məcəllə, “Sığorta fəaliyyəti haqqında” və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.”;

1.2. 915-ci maddədə “maddəsində” sözü “və 16.6-cı maddələrində” sözləri ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmunda 916.1-1-ci maddə əlavə edilsin:

“916.1-1. Bu Məcəllənin 916.1-ci maddəsində nəzərdə tutulmuş məsələlərdən əlavə olaraq aqrar sığortaya aid sığorta qaydalarında “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş digər məsələlər də müəyyən edilir.”;

1.4. 937.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Aqrar sığorta müqaviləsi “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vasitəçi aqrar sığortaçıların xidmətindən istifadə etməklə bağlanır.”.

Maddə 2. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263; 2016, № 3, maddə 410, № 6, maddə 976; 2017, № 7, maddələr 1286, 1294, № 12 (I kitab), maddə 2221; 2018, № 7 (I kitab), maddə 1392; 2019, № 1, maddələr 19, 33, 50, № 5, maddələr 793, 815; № 6, maddə 999, № 8, maddə 1362) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1.12-ci maddədə “və ya” sözləri vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə “orqanı tərəfindən” sözlərindən sonra “və ya bu Qanunun 16.6-cı maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 2.5-ci maddə əlavə edilsin:

“2.5. Aqrar sığorta sistemi ilə əhatə olunan münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”;

2.3. Aşağıdakı məzmunda 14.3.2.6-4-cü maddə əlavə edilsin:

“14.3.2.6-4. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hadisələr nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan aqrar sığorta;

2.4. 14.3.2.7-ci maddədə “14.3.2.6-3-cü” sözləri “14.3.2.6-4-cü” sözləri ilə əvəz edilsin;

2.5. 16.5-ci maddədə “Maliyyə” sözü “Bu Qanunun 16.6-cı maddəsinin tələbi nəzərə alınmaqla, maliyyə” sözləri ilə əvəz edilsin;

2.6. aşağıdakı məzmunda 16.6-cı maddə əlavə edilsin:

“16.6. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2020-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin