Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikasının Nazirlər Kabineti

QƏRAR

№ 186

Bakı şəhəri, 22 aprel 2019-cu il

Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun adının verilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Neftçala Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanovun adı verilsin.

2. Neftçala Rayon İcra Hakimiyyəti və Azərbaycan Respub-likasının Təhsil Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

 

Azərbaycan Respublikasının
             Baş naziri                                    Novruz Məmmədov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin