ELM VƏ TƏHSİL


“Azərbaycan Respublikasının Qırmızı kitabı”na daxil edilmiş həşərat növlərinin monitorinqi həyata keçirilib

Bakı, 19 avqust, AZƏRTAC

Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının əməkdaşları biologiya elmləri doktoru, dosent Natalya Sneqovaya, biologiya üzrə fəlsəfə doktorları Gülər Hüseynzadə, Ellada Hüseynova və İlhamə Kərimova Naxçıvan Muxtar Respublikası, Kür-Araz ovalığı, Şəki, Zaqatala, Balakən, Siyəzən, Şabran, Abşeron yarımadası, Qobustan, Xızı, Altıağac rayonlarında ekspedisiyada olublar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, ekspedisiya müddətində əsasən “Azərbaycan Respublikasının Qırmızı kitabı”na daxil edilmiş həşərat növlərinin monitorinqi həyata keçirilib. Alp rozaliyası, döşüdişli uzunbığ, qəşəng böcək, fərat çapağanı, qırmızı nöqtəli ayıca barəsində yeni ekoloji məlumatlar əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.