RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilsin.

2. Müəyyən edilsin ki, bu Qərarın 1-ci hissəsi dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə və bu Qərarın əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir.

3. Bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan müddətlərdə müvafiq işlərə cəlb edilən işçilərlə bağlı əməkhaqqı saxlanılmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinin 2-ci hissəsi rəhbər tutulsun.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 25 mart 2020-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
18.08.2022 [19:43]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 15 yanvar tarixli 7 nömrəli, “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 dekabr tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 26 fevral tarixli 65 nömrəli, “Bakı Dövlət Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 16 aprel tarixli 172 nömrəli, “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 13 may tarixli 219 nömrəli, “Azərbaycan Dövlət İqtisad Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 22 avqust tarixli 365 nömrəli, “Azərbaycan Dillər Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 10 sentyabr tarixli 401 nömrəli, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin yaradılması haqqında” 2020- ci il 17 mart tarixli 95 nömrəli, “Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiqedilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 may tarixli 194 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 2020-ci il 30 iyul tarixli 273 nömrəli, “Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 13 avqust tarixli 207 nömrəli Qərarının ləğv edilməsi barədə” 2020-ci il 30 iyul tarixli 274 nömrəli, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması haqqında” 2020-ci il 18 avqust tarixli 299 nömrəli və “Bakı Mühəndislik Universitetinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” 2022-ci il 6 iyun  tarixli 223 nömrəli  qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
18.08.2022 [19:40]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2018-ci il 3 may tarixli 201 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” 2019-cu il 17 aprel tarixli 175 nömrəli, “DOST” mərkəzlərinin Nümunəvi  Nizamnaməsi”nin təsdiq edilməsi barədə” 2019-cu il 22 may tarixli 236 nömrəli, “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 15 iyul tarixli 305 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması haqqında” 2019-cu il 30 iyul tarixli 335 nömrəli və “Hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxsin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 17 yanvar tarixli 15 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı