İDMAN


Azərbaycan Super Liqasının oyunları ilk dəfə paytaxtdan kənarda təşkil olunacaq

Bakı, 13 fevral, AZƏRTAC

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının növbəti oyunların keçirilmə günü və yeri dəqiqləşib.

AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, fevralın 15-də və 16-da təşkil olunacaq görüşlər ilk dəfə paytaxtdan kənarda baş tutacaq.

Qərara əsasən, mövsümdə ilk dəfə matçlar Qubada olacaq. Bununla da bölgələrdə voleybolun inkişafına təkan verəcək təbliğata start verilir. Əsas məqsəd əyalətdəki gənclərə idmanın bu növünü sevdirmək, asudə vaxtlarında voleybola cəlb etməkdir.

Qarşıdakı turlarda ölkənin digər bölgələrində də oyunlar keçirmək planlaşdırılır.

Qubada qarşılaşmalara Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İdman-Sağlamlıq Mərkəzi ev sahibliyi edəcək. Fevralın 15-də də günə məhz UNEC-in oyunu ilə start veriləcək. Onlar “Azərreyl”i sınağa çəkəcəklər. Ardınca “Murov”la “Abşeron” üz-üzə gələcək. Ertəsi gün “Abşeron” UNEC-lə, “Azərreyl” “Murov”la qarşılaşacaq.

Görüşlər saat 16:00-da və 18:00-da start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.