Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının IV hesabat-seçki konfransı keçirilib

Konfransda İttifaqın yeni sədri seçilib

Bakı, 26 dekabr, H.Mahmudova, L.Qurbanova, AZƏRTAC

Dekabrın 26-da Bakı Konqres Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) IV hesabat-seçki konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının himni səsləndirilib.

Konfransda ATGTİ-nin sədri Şahin İsmayılov İttifaqın 2015-2018-ci illərdəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Məruzədə qeyd olunub ki, ölkəmizin yüz ali təhsil müəssisəsinin tələbə gənclər təşkilatını birləşdirən qurum tələbələrin fəallığının və təşəbbüskarlığının artırılması istiqamətində ardıcıl tədbirlər təşkil edib. Hesabat dövründə müxtəlif dövlət və özəl qurumlarla əməkdaşlıq şəraitində bir sıra layihələr həyata keçirilib. ATGTİ-nin üzvləri beynəlxalq tələbə konfranslarında ölkəmizi uğurla təmsil ediblər.

Gənclər və idman naziri Azad Rəhimov hesabat dövrünün tələbə gənclər üçün bir sıra yeniliklər və uğurlarla zəngin olduğunu vurğulayıb. Nazir deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yetişən tələbələrin sayı az olsa da, onlar ölkəmizin tarixində, dövlətçiliyin qurulmasında, elm, təhsil, mədəniyyət və incəsənət sahələrində silinməz izlər qoyublar. Azərbaycanda savadlı, peşəkar gənclərin yetişməsində, təhsilin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd edən A.Rəhimov deyib ki, dahi şəxsiyyətin təşəbbüsü ilə ötən əsrin 70-80-cı illərində gənclərimizin SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi proqramı strateji qərar idi. XX əsrin sonunda bu strategiya Azərbaycanın müstəqilliyinin bərpasında və onun qorunmasında mühüm rol oynayıb.

Nazir deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin inkişaf prinsipinin “qara qızılın insan kapitalı”na çevrilməsi olduğunu bəyan edib. Məhz bu dövrdən etibarən gənc nəslin təhsili, sağlamlığı, təhsil müəssisələrinin, yeni ali məktəblərin yenidən qurulması və s. məsələlərə xüsusi diqqət yetirilməsinə başlanılıb. Bildirilib ki, 2005-ci ildə ali təhsil müəssisələrində yaranan tələbə gənclər təşkilatlarının əsasında 2009-cu ildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı təsis olunub. Bu gün respublikanın ən böyük gənclər təşkilatı olan İttifaq təkcə nazirliyin dəstəyi ilə 600-dən çox orta və irimiqyaslı layihə həyata keçirib.

Tələbələrin könüllülük fəaliyyətinin mühüm rolunu diqqətə çatdıran nazir bildirib ki, təkcə IV İslam Həmrəyliyi Oyunlarının təşkilində 8 mindən çox könüllü iştirak edib. Nazir onların fəaliyyətinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayaraq, İttifaqa gələcək fəaliyyətində uğurlar arzulayıb.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində mühüm nailiyyətlərin qazanıldığını vurğulayıb. Ölkəmizdə gənclərin fəaliyyəti və inkişafı üçün əlverişli mühitin yaradıldığını diqqətə çatdıran Ü.Quliyev respublikanın aparıcı gənclər təşkilatları arasında ATGTİ-nin də fəallığı ilə seçildiyini bildirib. O, İttifaqın qarşıdakı dövrdə də uğurla fəaliyyət göstərəcəyinə əminliyini bildirib, quruma uğurlar arzulayıb.

Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin əməkdaşı Həmid Nəsirov bildirib ki, müxtəlif ali məktəblərdə pərakəndə şəkildə fəaliyyət göstərən tələbə təşkilatlarının fəaliyyətini əlaqələndirmək və gənclərimizin ictimai fəallığını daha da stimullaşdırmaq ATGTİ-nin əsas məqsədlərindəndir. Bu gün Azərbaycanda yüzlərlə gənclər təşkilatının fəaliyyət göstərdiyini diqqətə çatdıran Prezident Administrasiyasının rəsmisi 35 mindən çox üzvü olan ATGTİ-nin bu baxımdan gənclər sektorunda ən böyük qüvvə olduğunu qeyd edib. H.Nəsirov ATGTİ-nin Gənclər və İdman, Təhsil nazirlikləri, Gənclər Fondu və digər aidiyyəti qurumlarla səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin gənclərin bütün sahələrdə irəli çəkilməsinə xüsusi önəm verdiyini vurğulayan H.Nəsirov qeyd edib ki, bu baxımdan gəncləri dövlət idarəçiliyində məsul vəzifələrə hazırlamaq mühüm məsələlərdəndir. Bu işdə gənclər təşkilatları, QHT-lər mühüm rol oynayırlar. Məhz bu amillər nəzərə alınaraq böyük struktura malik ATGTİ-nin rolu mühüm əhəmiyyət daşıyır.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında bildirib ki, ali təhsil müəssisələrində reallaşdırılan islahatlar tələbələr üçün geniş imkanlar açır. Dövlətimizin başçısı hər zaman gənclərə böyük diqqət və qayğı göstərir. Respublikamızın bütün regionlarında gənclərin təhsili və asudə vaxtlarının səmərəli təşkili üçün mühüm işlər görülür. Gənclərin müxtəlif layihələrdə iştirakı, təcrübə mübadiləsi, dünyagörüşlərinin artırılması, onlara idarəetmə bacarıqlarının aşılanması kimi vacib meyarları hər zaman diqqət mərkəzində saxlanılır. Öz fəaliyyətini bu meyarlar əsasında quran ATGTİ bu sahədə mühüm tədbirlər həyata keçirir.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov ölkəmizin inkişafı, azərbaycançılıq ideologiyasının təbliği, gənclərin fəallığının gücləndirilməsi və s. vacib istiqamətlərdə ATGTİ-nin rolunu yüksək qiymətləndirib. Gənclər sahəsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayan S.Orucov deyib ki, ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın qüdrətli dövlətə çevrilməsi istiqamətində gənclərə böyük inam bəsləyir. Məhz bu baxımdan ölkəmizdə gənclər üçün ən yüksək şəraitin yaradılması istiqamətində mühüm Dövlət proqramları, strategiyaları qəbul edilir. ATGTİ də bu siyasətin həyata keçirilməsi işində fəallığı ilə seçilən nüfuzlu gənclər təşkilatlarından biridir.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb, qurumun sədri vəzifəsinə seçkilər keçirilib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov səsvermə nəticəsində bu qurumun sədri seçilib. Konfransda İttifaqın digər rəhbər qurumlarına da seçkilər keçirilib.

Faiq Məmmədov çıxış edərək göstərilən etimada görə minnətdarlığını bildirib, qarşıda duran hədəflərə çatmaq üçün bundan sonra da səylə çalışacaqlarını diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH