ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Almaniyanın Aalen Texniki və İqtisadiyyat İnstitutunun professoru Frank Gaertner və Ulm Universitetinin professoru Robert Vatt Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevlə görüşüblər.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, rektor rəhbərlik etdiyi universitet ilə Almaniyanın qabaqcıl universitetlərinin əməkdaşlığından məmnunluğunu bildirib. Vilayət Vəliyev AzTU ilə Almaniya universitetləri arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Frank Gaertner bildirib ki, AzTU-da alman dilini bilən tələbələrin təhsil alması qarşılıqlı tələbə mübadiləsinin aparılmasını daha da asanlaşdıracaq. Qonaq maşınqayırma sahəsində birgə əməkdaşlığın önəmini xüsusi qeyd edib.
Görüşdə gələcək əməkdaşlıqla bağlı müzakirələr aparılıb və ilkin razılıqlar əldə edilib.