ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universiteti TÜBİTAK ilə birgə layihələr həyata keçirəcək
Bakı, 8 avqust, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Türkiyəyə səfəri çərçivəsində Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti professor Hasan Mandalla görüşüb.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə İnformatika və İnformasiya Təhlükəsizliyi Təkmil Texnologiyalar Araşdırma Mərkəzi və Mərmərə Araşdırma Mərkəzinin təcrübələrindən faydalanmaqla əlaqələrin davam etdirilməsi, universitet-sənaye əməkdaşlığı ilə bağlı birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.