ELM VƏ TƏHSİL


Azərbaycan Texniki və Macarıstan universitetləri arasında əməkdaşlıq imkanları genişlənir

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan-Macarıstan münasibətləri bütün sahələrdə, o cümlədən elm və təhsildə uğurla inkişaf edir. Azərbaycan Texniki Universiteti (AzTU) ilə Macarıstan universitetləri arasında əməkdaşlıq imkanları genişlənir.

Bu barədə Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyinin AzTU-nun rektoru, professor Vilayət Vəliyev ilə görüşündə danışılıb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, professor Vilayət Vəliyev birgə əməkdaşlıqdan, elmi tədqiqat işlərindən, tələbə-müəllim mübadiləsindən, ikili diplom proqramlarından, əmək bazarlarına uyğun rəqabətqabiliyyətli mütəxəssislər hazırlanmasından, təcrübə mübadiləsindən danışıb.

Görüşdə AzTU ilə Macarıstanın Debresen Universitetinin uğurlu əməkdaşlığından bəhs olunub və bu əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Daha sonra təhsil sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.