ELM VƏ TƏHSİL
Azərbaycan Turizm və Menecment Universitetində təlim: Banklarda risklərin idarə edilməsi
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Biznes idarəçiliyi fakültəsinin təşkilatçılığı və “AFB” Bankın dəstəyi ilə “Banklarda risklərin idarə edilməsi” mövzusunda təlimlər başa çatıb.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, Biznes idarəçiliyi fakültəsinin dekanı Vüqar Nəzərov və “AFB” Bankın idarə heyətinin sədr müavini Şadiyyə Amanova təlimə qatılan tələbələrə səmərəli fəaliyyətlərində uğurlar diləyiblər.
“AFB” Bankın müvafiq strukturunun meneceri Anar İsmayılov “Banklarda risklərin idarə edilməsi” mövzusunda çıxış edərək risklərin növləri, onlardan yayınma, müxtəlif metodlar sayəsində risklərin azaldılması yolları, risklərin ötürülməsi, qəbul edilməsi və digər məsələlərə aydınlıq gətirib.
Sonda təlimdə fəal iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.