Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan-Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri Camal Yanqından

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Azərbaycan Türkiyə İş Adamları Birliyi adından səmimi qəlbdən təbrik edirik.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasında iqtisadiyyatın və sosial sahənin modernləşdirilməsi yolu ilə inamla inkişaf siyasətini dəstəkləyir, Sizə bu yolda Uca Allahdan səbir və güc verməsini arzulayırıq.

Respublikamızın hərtərəfli inkişafı istiqamətində uğurlu fəaliyyətiniz, ordu quruculuğunun yüksək səviyyədə təşkili, təhsilə, idmana və digər önəmli sahələrə qayğınız, xalqın rifah səviyyəsinin yüksəldilməsi ilə bağlı verdiyiniz töhfələr danılmazdır.

Siz Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq xarakteri kəsb etmiş ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə xüsusi töhfə vermisiniz. Azərbaycan Türkiyə İş Adamları Birliyi olaraq bu siyasətin həyata keçirilməsinə daim səy göstərəcəyimizə Sizi əmin edirik.

Fürsətdən istifadə edərək, təşkilatımızın fəaliyyətinə verdiyiniz dəstəyə görə də Sizə bir daha təşəkkür edirik.

Ölkənizə və bəşəriyyətə xidmət edərək qədəm basdığınız bu yaşınızı bir daha ürəkdən təbrik edirik. Sizə və ailənizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,

 

Camal Yanqın

Azərbaycan-Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin