Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və qürurlu tariximizə yazılan həqiqətdir

Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və qürurlu tariximizə yazılan həqiqətdir

Bakı, 15 sentyabr, AZƏRTAC

Türkiyə-Azərbaycan əlaqələrinin dünyada analoqu olmayan müttəfiqlik səviyyəsinə yüksəlməsi, ilk növbədə, tarixi faktlara söykənir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Bakının erməni daşnaklarından və onların xarici havadarlarının işğalından xilas olunmasına münasibət bildirərkən deyib.

“Tarixi həqiqətdir ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin daxili-xarici həmlələrdən müdafiəsində və möhkəmlənməsində o zamankı Osmanlı Türkiyəsi yaxından iştirak etmişdi”, - deyən Bəhruz Quliyev bildirib ki, həmin dövrlərdə Osmanlı hökuməti özünün ağır durumuna baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini ölkəmizə göndərdi, onun rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan korpusu Gəncədə, Yevlaxda, Göyçayda, Kürdəmirdə və digər bölgələrdə gedən ağır döyüşlərdə eser-menşevik və daşnak qoşunlarını darmadağın edərək sentyabrın 15-də Bakıya daxil oldu. Bu qürur, qəhrəmanlıq salnaməsi “bir millət, iki dövlət” prinsipinin yaranmasına təkan verdi. Siyasi ekspert deyib: “Baxın, 100 il sonra - 2018-ci il sentyabrın 15-də Bakının Azadlıq meydanında təşkil olunan möhtəşəm paradda Azərbaycan və Türkiyənin Silahlı Qüvvələri hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçdilər. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın Bakı şəhərinin daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda iştirakları və çıxışları bu mühüm tarixə verilən böyük dəyər, Azərbaycan-Türkiyə birliyinin daha bir təsdiqi idi. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı müasir dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin məzmununu və yönünü aydın göstərir. O cümlədən paraddakı çıxışında Prezident İlham Əliyev vurğuladı ki, bu şərəfli tarixin 100-cü ildönümündə də biz birlikdəyik. Bəli, bu birlik artıq sarsılmaz və qürurlu tariximizə yazılan həqiqətdir”.

“Qardaşlıq əlaqələrinin bütün istiqamətlərdə inkişafı özünü bu ilin iyulunda Tovuz rayonu istiqamətində işğalçı Ermənistanın təxribat cəhdi zamanı tam mənada göstərdi, qardaş dövlət bu dəfə də Azərbaycanın yanında olduğunu bəyan etdi”, - deyən Bəhruz Quliyev əlavə edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Ankara daim ölkəmizin yanında olduğunu bəyan edib. Lakin daha bir fakt budur ki, Türkiyə bu məsələdə ən ali mövqelərdən bəyanatlar səsləndirdi və həmin bəyanatlar bizi istəməyən qüvvələrə bir mesaj oldu. Əbəs deyil ki, bu gün Ermənistan rəhbərliyi ciddi sarsıntı keçirir və Azərbaycan-Türkiyə qardaşlığından təlaşlanır, qorxur, çəkinir. Çünki düşmən yaxşı bilir ki, iqtisadi, siyasi, hərbi sahələrdə analoqu olmayan strateji əməkdaşlıq və müttəfiqlik edən Türkiyə ilə Azərbaycanın birliyi dünyada söz sahibinə çevrilmiş gücdür”.

“Azərbaycan ilə Türkiyə arasında xüsusilə hərbi sahənin bir çox istiqamətlərindəki əməkdaşlığı keçirilən təlimlərdə də öz əksini tapır”, - deyə xatırladan “SƏS” qəzetinin baş redaktoru bildirib ki, bu reallıq özünü hərbi təhsil sahəsində də özünü sübuta yetirib. Hazırda qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayı yüzlərlədir. Azərbaycanlı kursantlar Türkiyənin yüksək səviyyəli ali hərbi akademiyalarında NATO standartlarına uyğun kadr kimi formalaşmaqdadırlar. İki strateji müttəfiq arasında hərbi əməkdaşlıq ildən-ilə genişlənərək Azərbaycan Ordusu üçün zabit kadrlarının hazırlanmasında, hərbi təlimlərin keçirilməsində, maddi-texniki bazanın möhkəmləndirilməsində, bir sözlə, ordumuzun NATO standartları səviyyəsində qurulmasında mühüm rol oynayır. O cümlədən Türkiyənin zabit heyətləri təlimlər zamanı Azərbaycan hərbçiləri ilə birgə fikir mübadilələri aparır, hərbi sahənin mühüm məqamlarını bölüşürlər. Qeyd edim ki, bu cür hərbi əməkdaşlıq hətta fəaliyyət göstərən hərbi birlik və qurumlarda belə mövcud deyil. Belə ki, Azərbaycanın Türkiyənin terrorla mübarizəsini dəstəkləməsi hər iki ölkənin ortaq və strateji maraqlarından irəli gəlir. Bu gün PKK, FETÖ və bu kimi digər təşkilatların qardaş ölkəyə törətmək istədiyi təhlükələrin qarşısının alınmasında Azərbaycan daim öz dəstəyini nümayiş etdirib. Bu, həqiqətdir. O da həqiqətdir ki, Türkiyə və Azərbaycanın düşmənlərinin öz çirkin niyyətlərini həyata keçirmək üçün əlverişli ərazi kimi Ermənistanı seçməsi, burada toplaşması heç də təsadüfi deyil. Bu baxımdan, Azərbaycanın terrora qarşı mübarizəsi və tutduğu yol daim birmənalı olduğu kimi, Türkiyə ilə birgədir. Türkiyənin beynəlxalq ictimaiyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirməyə çağırması, tələblər irəli sürməsi, ikili standartların yaratdığı problemləri aradan qaldırmağa çalışması günümüzün reallıqlarındandır.

“Daha bir uğurlu tandem budur ki, Azərbaycanın iqtisadi cəhətdən güclənməsi onun xarici siyasətinə də müsbət təsir göstərir və bu, özünü Azərbaycan-Türkiyə münasibətlərində də sübut edib”, - deyən Bəhruz Quliyev vurğulayıb ki, bu əlaqələr daha da inkişaf edir. İqtisadi əlaqələr genişlənib, enerji layihələri reallaşdırılır. TANAP layihəsi ilə bağlı razılaşma məhz Türkiyə Prezidenti Ərdoğanın hakimiyyəti dövründə imzalandı. Azərbaycan Türkiyəyə böyük yatırımlar qoydu. Böyük nəqliyyat layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdü. Birmənalı şəkildə demək olar ki, bu gün Qara dəniz-Xəzər dənizi bölgəsində Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyil. Bu, həm də Türkiyə və Azərbaycan birliyinin bariz nümunəsinin möhtəşəm təntənəsidir.

Biz bu gün fəxrlə deyə bilərik ki, Xəzər hövzəsinin, Azərbaycanın zəngin neft və qaz məhsullarının dünya bazarlarına iki dost ölkə - Gürcüstan və Türkiyə ərazisindən nəql olunması ideyasının əsasında da Azərbaycan dövləti dayanır. Transmilli nəqliyyat-kommunikasiya layihələri Türkiyə və Gürcüstanın enerji, transmilli nəqliyyat və dəhliz tələbatlarının ödənilməsi problemlərini həll etməklə yanaşı, həm də beynəlxalq enerji-nəqliyyat qovşağı kimi hər üç ölkənin dünyadakı geosiyasi və geoiqtisadi nüfuzunu artırıb, Avrasiyanın hərbi, geostrateji və təhlükəsizlik mühitindəki daimi təmsilçiliklərini təmin edib və rollarını artırıb.

Göründüyü kimi, qardaş ölkələrimiz reallaşdırmaq istədikləri mühüm layihələri həyata keçirmək istiqamətində sarsılmaz iradə nümayiş etdirirlər. Azərbaycanın və Türkiyənin birlikdə həyata keçirdikləri layihələrdən isə təkcə ölkələrimiz deyil, bütün bölgə, eləcə də daha geniş coğrafiya faydalanmaqdadır. Bu isə daha bir həqiqəti ehtiva edir: iki qardaş ölkə - Azərbaycan və Türkiyə nəinki regionun təhlükəsizliyinə və iqtisadi sabitliyinə, həm də Avropanın və dünyanın sabit inkişafına böyük töhfə vermək gücündə olan ölkələrdirlər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib