ELM VƏ TƏHSİL
Azərbaycan Universitetində keçirilən şahmat turnirinin qalibləri mükafatlandırılıb
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş VII daxili şahmat turniri keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, dairəvi sistem üzrə keçirilən ənənəvi turnirdə bütün fakültə və ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər. Turnirin qalibi Biznes və iqtisadiyyat fakültəsinin marketinq ixtisası üzrə təhsil alan II kurs tələbəsi Cavid Əhmədov olub. Humanitar fənlər fakültəsinin tərcümə ixtisası üzrə I kurs tələbəsi Yusif Qayıbov II yeri, Tarix ixtisası üzrə təhsil alan III kurs tələbəsi Ceyhun Hacıyev isə III yeri tutub.
Qaliblər kubok və diplomla mükafatlandırılıb.
Müsabiqə tələbələrin asudə vaxtlarının səmərəli təşkili və şahmatın kütləviliyinin artırılması məqsədilə təşkil olunur.