Azərbaycan Dövlət İnformasiya Agentliyi

CÜMHURİYYƏT - 100

Azərbaycan Xalq Cümhuriyyətinin ən gənc naziri – Mustafa bəy Vəkilov

Azərbaycan Xalq Cümhuriyyətinin ən gənc naziri – Mustafa bəy Vəkilov

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyəti elan olunmazdan öncə Bakıda və bölgələrdə “Azərbaycana müstəqillik” şüarı altında genişmiqyaslı xalq
hərəkatı başlamışdı. Bu hərəkata rəhbərlik edənlərdən biri də görkəmli şairimiz Səməd Vurğunun nəslindən olan Mustafa bəy Vəkilov idi.

Cümhuriyyət tarixini araşdıran Əfqan Vəliyev Mustafa bəy Vəkilov haqqında tədqiqatlarında bir sıra maraqlı məlumatlar üzə çıxarıb. AZƏRTAC yazıçı-tədqiqatçının qeydlərini təqdim edir.

Mustafa bəy Nadir oğlu Vəkilov 1896-cı ildə Azərbaycanın Qazax bölgəsində dünyaya gəlib. Bakı gimnaziyasında təhsilini tamamladıqdan sonra 1912-ci ildə Moskvada hüquq fakültəsinə daxil olub. Tələbəlik illərində siyasi həyata atılıb, məmləkət məsələləri ilə yaxından maraqlanıb. Azərbaycanın ən mühüm məsələsinin azadlıq və müstəqillik olduğunu düşünən Mustafa bəyin siyasi dünyagörüşünün formalaşmasına əmisi Məmmədrza Vəkilov və Əlimərdan bəy Topçubaşovun böyük təsiri olub. O, azərbaycanlı tələbələrin Moskvada yaratdıqları tələbə birliyinə rəhbərlik edib.

1917-ci ildə məktəbi bitirən Vəkilov həmin ilin mart ayından etibarən fəal siyasi həyata atılıb. Aprel ayında Bakıda Qafqaz müsəlmanlarının qurultayında, Kiyevdə ukraynalı professor Qruşevekinin rəhbərliyi altında keçirilmiş milli azlıqların qurultayında, may ayında isə Rusiya müsəlmanlarının Moskva qurultayında fəal iştirak edib. Onun Bakıda çıxan qəzet və jurnallarda dövrün siyasi-ictimai hadisələri ilə əlaqəli çoxsaylı məqalələri dərc olunub.

Mustafa bəy Vəkilov 1917-ci ildə açılması nəzərdə tutulan Rusiya Dövlət Dumasına Azərbaycandan deputat seçilib. “Müsavat” partiyasının həmin il oktyabrın 21-31-də Bakıda keçirilən qurultayında partiyanın mərkəz idarə heyətinə üzv olub. Həmin qurultaydan sonra Məmməd Əmin Rəsulzadənin rəhbərliyi altında “Azərbaycana müstəqillik” şüarı altında Bakıda və bölgələrdə genişmiqyaslı xalq hərəkatı başlayıb. Bu hərəkata rəhbərlik edənlərdən biri də Vəkilov idi. Yeniləşmə və milliyyətçilik hərəkatında xalqın da fəal iştirak etməsi müstəqilliyə qovuşmaq ümidlərini daha da artırır, Vəkilov kimi vətənsevərlərin bu hərəkatın önündə yer alması öz bəhrəsini verirdi.

1917-ci il noyabrın 13-də Tiflisdə yaradılmış Zaqafqaziya Komissarlığında daxili işlər komissarı A.İ.Çxenkelinin məsləhətçisi vəzifəsində işləyən Mustafa bəy Zaqafqaziya Seymində Müsəlman Fraksiyası tərkibində Azərbaycanı təmsil edib.

1918-ci il mayın 28-də Cümhuriyyətin elan edilməsindən sonra Daxili İşlər Nazirliyində işləyib, həmin il dekabrın 7-də isə Azərbaycan parlamentinə deputat seçilib. Həmçinin “Müsavat” partiyasının 1919-cu ilin noyabrında işə başlayan ikinci qurultayında yenidən partiyanın mərkəzi idarə heyətinə üzv olub.

Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə qurulan ikinci hökumətdə daxili işlər nazirinin müavini vəzifəsinə təyin olunan (23 dekabr 1919) Mustafa bəy Vəkilov iki ay sonra daxili işlər naziri vəzifəsinə gətirilib. Cümhuriyyətin ən gənc naziri olan 23 yaşlı Vəkilov bu vəzifədə bir sıra mühüm işlər görüb.

Cümhuriyyətin bolşevik istilası nəticəsində süqutundan sonra - 1920-ci il aprelin 27-də əvvəlcə Tiflis şəhərinə, orada təqib edildiyi və həyatı təhlükə altında olduğu üçün sentyabrda İstanbula mühacirət edib. Mətbuatda vaxtaşırı çıxış edən Mustafa bəy Vəkilov İstanbulda “Yeni Kafkasya” (1923-1927), “Azəri Türk” (1928-1931), “Odlu Yurt” (1920-1930), “Azərbaycan Yurt Bilgisi” (1932) jurnallarında Azərbaycanın tarixi, mədəniyyəti və ictimai-siyasi həyatı ilə əlaqədar məqalələr yazıb. Parisdə fransızca nəşr olunan “Prometey” (1929-1938), rusca çap edilən “Kafkaz” (1932-1938), Almaniyanın Berlin şəhərində çıxan “Kurtuluş” (1934-1938) jurnallarında siyasi-ictimai mövzularda məqalələri dərc edilib.

Mühacir hökumətin fəaliyyətinə bir müddət Polşada davam etməsi barədə qərardan sonra Mustafa bəy Vəkilov da Məmməd Əmin Rəsulzadə və Mirzə Bala Məmmədzadə ilə birlikdə oraya getmişdi. Varşavada yaşayan Vəkilov “Prometey” təşkilatında siyasi idarə rəisinin müavini işləmişdi.

İkinci Dünya müharibəsi başladıqdan sonra Vəkilov Türkiyəyə qayıdaraq Ankarada yaşayıb. Mühacirətdəki Milli Azərbaycan hökumətinin fəal üzvlərindən olan Mustafa bəy, eyni zamanda, “Azərbaycan” və “Mücahid” jurnallarında siyasi və tarixi mövzularda məqalələrlə çıxış edib. Qürbətdə olsa da, Azərbaycan ədəbiyyatı ilə yaxından maraqlanar, Mirzə Ələkbər Sabir, Mikayıl Müşfiq və öz nəslindən olan məşhur şair Səməd Vurğunun kitablarını oxuyar, onların şeirlərini əzbərdən bilərdi. Qeyd edək ki, Xalq Cümhuriyyətinin qurucuları sırasında yer alan Vəkilovlar Cümhuriyyət parlamentində dörd deputatla təmsil olunan yeganə nəsildir.

Vətən qayıtmaq həsrəti ilə yaşayan, lakin bu arzusuna çata bilməyən Mustafa bəy Vəkilov 1965-ci il noyabrın 1-də Ankarada 69 yaşında vəfat edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stressə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq