Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan – Qoşulmama Hərəkatı siyasi, tarixi və mədəni müstəvidə

Azərbaycan – Qoşulmama Hərəkatı siyasi, tarixi və mədəni müstəvidə

Bakı, 29 oktyabr, AZƏRTAC

Dünyada BMT-dən sonra ikinci ən böyük və nüfuzlu təşkilat sayılan Qoşulmama Hərəkatına ölkəmizin 2019-2022-ci illərdə rəsmən sədrlik etməsi dünya ölkələri tərəfindən Prezident İlham Əliyevin yürütdüyü ciddi və demokratik siyasətə ən layiqli münasibətdir. Müxtəlif dövlətlərin qarşılıqlı beynəlxalq əməkdaşlıq çərçivəsində apardığı xüsusi siyasət və onun fərqli istiqamətləri üzrə təmin olunacaq yüksək inkişafın təməli məhz Azərbaycan Respublikasının sədrlik edəcəyi Qoşulmama Hərəkatında qoyulur.

Bu fikirləri AZƏRTAC-a Azərbaycan Televiziyası Mədəniyyət kanalının direktoru Ramil Qasımov söyləyib.

Ramil Qasımov bildirib ki, 2011-ci ildə Hərəkata daimi üzv seçilən Azərbaycanın qısa müddətdə - 2016-cı ildə keçirilən sammitdə yekdilliklə quruma sədrliyinin qəbul edilməsinin olduqca mühüm əhəmiyyəti və önəmi vardır.

Ölkəmizin beynəlxalq aləmdə ərazi bütövlüyünün tanınması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hüquqi müstəvidə həlli, bir çox dövlətlərlə iqtisadi, siyasi və mədəni əlaqələrin genişləndirilməsi və başqa sahələr üzrə əsas məsələlər Hərəkata sədrlik etdiyimiz dövrdə də prioritet hədəflərə çevriləcəkdir.

Müstəqil Azərbaycanın dünya dövlətləri arasında ciddi, tarixi və hüquqi məsələlərdə təşəbbüskarlığı, Qoşulmama Hərəkatının Bandunq prinsiplərinin qorunması və həyata keçirilməsi, beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması istiqamətində səylər göstərməsi Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 25-də Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşündə səsləndirdiyi əsas fikirlərdir. Zirvə Görüşündə dövlətimizin başçısının toxunduğu bir çox məsələlər nəinki ölkəmizin, o cümlədən təşkilata daimi üzv olan 120 ölkənin də gələcək taleyində xüsusi rol oynayacaq və inkişafa sövq edəcəkdir.

Cari il oktyabrın 15-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü, həmçinin ötən ay ölkəmizin “77-lər qrupu”na qoşulması bir daha Azərbaycanın beynəlxalq nüfuzuna olan inamı nümayiş etdirir.

Şübhəsiz ki, cəmi 28 ildir müstəqilliyini yaşayan xalqımız son 15 il ərzində ölkədə aparılan ciddi islahatların şahidi olur, bütün bu prosesdə dövlətimizin başçısına səmimi dəstəyini əsirgəmir. Məhz ümumxalq sevgisinə arxalanan Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dövlətimizin qətiyyətli mövqeyini daim müdafiə edir.

Bu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” şüarı xalqımızda mübarizə hissinin oyanmasına, xalq-iqtidar birliyinin sarsılmaz olduğuna zəmin yaratdı. Həmişə olduğu kimi, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə də dövlətimizin başçısı Azərbaycanın 20 faiz torpağının 26 ildən artıqdır Ermənistanın işğalı altında olduğunu vurğuladı, Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətindən, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, ikili standartlar siyasətinə son qoyulmasından danışdı və hüquqi müstəvidə məsələnin həlli istiqamətində yeni fikirlərin formalaşmasına zəmin yaratdı. Qarabağın Azərbaycanın əzəli torpağı olması və məsələnin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunması Prezident İlham Əliyevin münaqişə ilə bağlı səsləndirdiyi əsas və qətiyyətli fikirlər idi.

Son 15 il ərzində ölkəmizdə keçirilən müxtəlif beynəlxalq irimiqyaslı layihələr, kütləvi-mədəni tədbirlər multikulturalizmə Azərbaycanda həyat tərzi kimi münasibətin formalaşdırılmasına səbəb olub. Mədəniyyətlərarası dialoqun inkişafında müstəsna xidmətləri ilə daim beynəlxalq müstəvidə özünə xüsusi hörmət və nüfuz qazanmış Azərbaycan bundan sonra azı üç il ərzində 120 ölkənin daimi üzv olduğu Qoşulmama Hərəkatına sədrlik edəcəkdir.

Ölkəmizdə əhalinin böyük hissəsinin gənclər olduğunu nəzərə alsaq, dövlətimizin başçısının keçirilən Zirvə Görüşündə gənclər siyasəti ilə bağlı səsləndirdiyi əsaslı fikirlər dövlətimizin nəinki Azərbaycan gənclərinə, o cümlədən savadlı, humanist dəyərlərə söykənən dünya gənclərinə xoş niyyətinin və qayğısının əsas göstəricisidir. Qoşulmama Hərəkatı tarixində ilk dəfə Gənclər Sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış edən Azərbaycan bir daha dünya ölkələrinə dayanıqlı inkişafın, kadr islahatlarının, dövlət gənclər siyasətinin müxtəlif istiqamətləri üzrə yüksəlişin vacibliyini nümayiş etdirdi.

İllər ötdükcə biz bir daha Prezident İlham Əliyevin müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi ənənələrinə sadiqliyinin şahidi oluruq.

Ölkəmizin bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, zəngin qarşılıqlı əlaqələrin dinamik inkişafı daha üç il ərzində də öz bəhrəsini verəcəkdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın uğurlu fəaliyyəti sayəsində Azərbaycan mədəniyyəti dünyanın qeyri-maddi irs siyahılarına əlavə edilir. Heç şübhəsiz, Qoşulmama Hərəkatına ölkəmizin sədrliyi məhz ulu öndər Heydər Əliyevin illər əvvəl başladığı və Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın layiqincə davam etdirdiyi qüdrətli siyasi iradə Azərbaycanın bütün sahələrdə əldə edəcəyi şanlı qələbələrin bariz göstəricisidir.

Prezident İlham Əliyev adından Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının, nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə verilən rəsmi ziyafətdə iştirak edən incəsənət xadimləri arasında təmsil olunmağım məndə böyük şərəf və iftixar hissi doğurdu.

Azad, sülhsevər, demokratik ölkəmizin gələcəkdə daha böyük qürurla sevinəcəyi zəfər anı çox yaxındadır. Bunun üçün dövlətimizin başçısının ətrafında sıx birləşməli və onun qətiyyətli siyasətinə hamılıqla dəstək olmalıyıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb