SİYASƏT
Azərbaycan beynəlxalq əməkdaşlığa töhfə verən ölkədir VİDEO
Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan beynəlxalq əməkdaşlığa töhfə verən və bu sahədə üzərinə məsuliyyət götürmüş bir ölkədir.
Bu sözləri Sosialist İnternasionalının baş katibi Luis Ayala dekabrın 19-da AZƏRTAC-a müsahibəsində deyib.
Ölkəmizə artıq bir neçə dəfə səfər etdiyini deyən Luis Ayala qeyd edib ki, Azərbaycan dövləti və xalqı inkişaf və tərəqqi naminə çox böyük işlər görür. Azərbaycanda siyasi sistem inkişaf edir. Son prezident seçkilərindəki vəziyyət bunu bir daha göstərdi. Çox məmnunuq ki, Azərbaycanda çoxpartiyalı siyasi sistem mövcuddur və bu sistem getdikcə daha da irəliləyir.
Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlara üzv olduğunu söyləyən baş katib ölkəmizin iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayıb.
Luis Ayala Azərbaycanın iqtisadi göstəriciləri ilə tanış olduğunu, ölkəmizdə hər kəsin bu inkişafdan faydalanmasının şahidi olduğunu diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan baş katib problemin həlli istiqamətində dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb. “Biz ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik”, - deyə o əlavə edib.