İDMAN
Azərbaycan boksçuları Avropa Olimpiya təsnifat turnirini üç medalla başa vurublar
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan boksçuları Avropa Olimpiya təsnifat turnirini üç medalla başa vurublar.
AZƏRTAC xəbər verir ki, boksçumuz Alfonso Dominqes (81 kq) turnirin qalibi olub. Millimizin üzvü döyüşə çıxmadan çempion tituluna yiyələnib. O, britaniyalı rəqibi Benjamin Uitakerin final qarşılaşmasından imtina etməsi sayəsində çempion elan edilib. Yığmamızın digər üzvləri Lorenzo Sotomayor (69 kq) və Məhəmməd Abdullayev (+91 kq) isə bürünc medallara sahib olublar.
Turnirdə qazanılan lisenziyaların sayına görə, komandamız ümumi hesabda üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan millisinin heyətində Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) Olimpiadada iştirak hüququ qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]