İDMAN


Azərbaycan boksçusu Avropa çempionatında ilk qələbəsini qazanıb

Bakı, 9 mart, AZƏRTAC

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatına start verilib.

AZƏRTAC xəbər verir ki, çempionatın birinci günündə Azərbaycan millisinin iki üzvü rinqə çıxıb.

Altmış dörd kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Bəxtiyar Qazıbəyov xorvatiyalı Erik Piyetranj ilə üz-üzə gəlib. Gərgin keçən görüş həmyerlimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. O, martın 10-da səkkizdəbir finalda ispaniyalı Adrian Kreusla gücünü sınayacaq.

Aliyə Vəlizadənin (60 kq) debütü uğurlu alınmayıb. Fransalı Fatya Benmessahel ilə qarşılaşan boksçumuz məğlubiyyətlə üzləşib.

Bu gün millimizin daha iki üzvü mübarizəyə qoşulacaq. Nicat Həsənov (69 kq) Saymonas Banis (Litva), Amin Kuşkov (75 kq) isə Proton de la Şappel Lakelo (Belçika) ilə görüşəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.