İDMAN
Azərbaycan cüdoçusu Rüstəm Orucov 1/8 final mərhələsində mübarizəni dayandırıb YENİLƏNİB
Bakı, 22 sentyabr, AZƏRTAC
Rüstəm Orucov 1/8 final mərhələsində Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçirlə qarşılaşmadan məğlub ayrılıb.
Görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə olunmuş vaxtda “qızıl xal” qazanan monqolustanlı cüdoçu qalib hesab edilib. Bununla da Rüstəm Orucov çempionatda mübarizəni dayandırıb.
X X X
11:25
Rüstəm Orucov 1/16 finalda Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Viktor Skvortova qalib gələrək növbəti mərhələyə yüksəlib. Azərbaycan cüdoçusu bu qarşılaşmada da yüksək ustalıq nümayiş etdirərək rəqibini ipponla məğlub edib. Onun 1/8 finalda rəqibi monqolustanlı Tsoqtbaatar Tsend-Oçir olacaq.
X X X
11:23
Cüdo üzrə dünya çempionatında kişilər arasında 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov 1/32 final mərhələsində iraqlı Sajjad Sehenlə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz rəqibinə ipponla qalib gələrək 1/16 final mərhələsinə yüksəlib. Növbəti mərhələdə R.Orucov Birləşmiş Ərəb Əmirliyinin təmsilçisi Viktor Skvortovla qarşılaşacaq