ELM VƏ TƏHSİL
“Azərbaycan filoloji fikrində Qarabağ mövzusu” adlı respublika elmi konfransı keçiriləcək
Bakı, 16 avqust, AZƏRTAC
Noyabrın 1-də Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsi 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Zəfərin 2-ci ildönümünə həsr olunan “Azərbaycan filoloji fikrində Qarabağ mövzusu” adlı respublika elmi konfransını keçirəcək.
Bu barədə AZƏRTAC-a fakültədən məlumat verilib.
Azərbaycan, türk, rus və ingilis dillərində keçiriləcək tədbirdə iştirak etmək istəyənlər məruzələrin tezislərini (300-350 söz həcmində) oktyabrın 1-dək saat 17:00-dək təşkilat komitəsinin [email protected] ünvanına göndərə bilərlər.
Konfrans Qarabağ ədəbi-mədəni mühiti, Qarabağ torpağının yetirdiyi məşhur ədəbi şəxsiyyətlər və onların yaradıcılığı (əsərlərinin ideya-məzmun və dil xüsusiyyətləri), Qarabağ mövzulu ədəbiyyatın dili və üslubu və s. istiqamətlər üzrə təşkil olunacaq.
Tədbirin keçiriləcəyi yer və əlaqə: BDU, AZ1148, Z.Xəlilov küçəsi 33, 1 saylı tədris binası, Filologiya fakültəsi, Tel: (+99412) 5390373, Mob: (+99451) 610 53 79; 055-465-95-40,
E-poçt: [email protected]