İDMAN


Azərbaycan gimnastı Mixail Malkinin tamblinq üzrə dünya kubokunda qızıl medal qazanmaq şansı çox yüksəkdir

Bakı, 6 fevral, AZƏRTAC

Azərbaycan gimnastı Mixail Malkinin tamblinq üzrə dünya kubokunda qızıl medal qazanmaq şansı çox yüksəkdir.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, bu sözləri tamblinq üzrə milli komandamızın baş məşqçisi Adil Hüseynzadə deyib.

O bildirib ki, iki həftə ərzində idmançının tam formada olacağına ümid edirəm. Turnirdə rəqabət güclü olacaq. İdmançımızın ən güclü rəqibi isə rusiyalı atletlərdir.

Fevralın 16-17-də Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk dünya kuboku yarışı keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.