SİYASƏT


Azərbaycan ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlığın 30 illiyi qeyd olunub

Bakı, 14 may, AZƏRTAC

Azərbaycan Respublikası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında əməkdaşlığın 30 illiyinə dair tədbir keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə BQXK-nin ölkəmizdəki nümayəndəsi Arian Bauer, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz klasterinin rəhbəri Davron Muxamadiyev çıxış ediblər.

Nazir müavini M.Məmməd-Quliyev çıxışında 44 günlük Vətən müharibəsi və torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində ölkəmizin postmünaqişə dövrünə qədəm qoyduğunu, münaqişənin humanitar nəticələrinin aradan qaldırılmasının, xüsusilə itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi haqqında danışıb. Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə tapılmış kütləvi məzarlardakı insan qalıqlarının şəxsiyyətinin identifikasiyası və mina təhlükəsi barədə məlumatlandırmanın BQXK ilə əməkdaşlıqda vacib istiqamətlər olaraq qaldığını vurğulayıb. O, bu əməkdaşlığın bundan sonra da xalqımızın maraqları, BQXK-nin humanitar mandatı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində davam etdiriləcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.