İQTİSADİYYAT


Azərbaycan ilə Çexiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev bu ölkənin kənd təsərrüfatı naziri Miroslav Toman ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, xüsusən də Azərbaycandan Çexiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcminin artırılması, heyvandarlıqda seleksiya, gübrə məhsulları və gübrədən zərər çəkmiş torpaq ərazilərinin təmizlənməsi, su və kanalizasiya təmizləyici qurğularının tikintisi ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin kənd təsərrüfatında sərmayə tələb edən prioritet sahələr üzrə birgə layihələrin hazırlanması və hər iki ölkənin aqrar tədqiqatlar mərkəzləri arasında əlaqələrin qurulması istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşün nəticəsi olaraq Çexiyanın kənd təsərrüfatı sahəsində çalışan aparıcı şirkətlər və elmi-tədqiqat dairələrindən ibarət nümayəndə heyətinin cari ilin martında Azərbaycana səfərinin təşkili və səfərə hazırlıq işlərinin aparılması üzrə səfirlik ilə nazirlik arasında koordinasiya işlərinin davam etdirilməsi üzrə razılıq əldə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.