İQTİSADİYYAT


Azərbaycan ilə Macarıstan arasında birgə layihələrin reallaşdırılması imkanları müzakirə olunub

Bakı, 3 fevral, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın Macarıstanla tərəfdaşlığa önəm verdiyi, ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğu, qarşılıqlı rəsmi səfərlərin, keçirilən görüşlərin, imzalanmış sənədlərin əməkdaşlığın inkişafına geniş imkanlar açdığı vurğulanıb.

Tərəflər iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi barədə fikir mübadiləsi aparıb, investisiyaların və ticarətin təşviqi, birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.