MƏDƏNİYYƏT
Azərbaycan ilə TÜRKSOY arasında əməkdaşlıq əlaqələri müzakirə edilib
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Şəkidə keçiriləcək “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının türkdilli ölkələr üçün əhəmiyyətindən söhbət açılıb, habelə ölkəmizlə təşkilat arasında əməkdaşlıq əlaqələri müzakirə edilib.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov səmimi qəbula görə nazirə təşəkkürünü bildirib. O, 2016-cı ildə Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini xüsusi vurğulayıb və bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:39]
“Dantenin yubileyi” növbəti dəfə səhnədə
- 04.05.2024 [13:21]
Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO
- 04.05.2024 [13:07]
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub
- 04.05.2024 [11:22]