SİYASƏT


Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki təminat məsələləri müzakirə edilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. Tərəflər maddi-texniki təminatın yaxşılaşdırılması istiqamətində birgə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb və bu istiqamətdə görüləcək işləri ətraflı müzakirə ediblər.

Görüşdə Türkiyənin müdafiə sənayesinin müasir texnologiyalar əsasında istehsal etdiyi ən yeni silahları və digər hərbi vasitələrin Azərbaycan Ordusunun silahlanmasına daxil edilməsi perspektivləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.