MƏDƏNİYYƏT
Azərbaycan incəsənətinin təbliği ilə bağlı layihə davam edir
İB-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gerçəkləşən layihənin məqsədi regionlarda təsviri sənətin və heykəltəraşlığın təbliği, gənc nəslin bu sahəyə marağının artırılması, onlarda vətənpərvərlik ruhunun gücləndirilməsi, eləcə də gənclərin ölkəmizin təbliğ olunmasında yaxından iştirakına şərait yaratmaqdır. Ağdaş, Masallı, Neftçala və Xaçmaz rayonlarında gerçəkləşən layihədə bu bölgələrin hər birindən 20 nəfər olmaqla ümumilikdə 80 gənc rəssam və heykəltəraş iştirak edib.
Layihə çərçivəsində gənc rəssamların və heykəltəraşların əsərlərinin tanıdılması və satışı məqsədilə sərgi-yarmarkalar da təşkil olunub. Burada məqsəd regionlarda belə sərgi-yarmarkaların təşkili ənənəsini formalaşdırılmasına töhfə vermək, ölkəmizin təsviri sənətinin yerli və xarici turistlərə tanıdılmasını və təbliğini daha da gücləndirməkdir. Sərgilər zamanı sənətkarlar gənclərin bu sahəyə həvəsinin artırılması məqsədilə məşğələlər keçiblər. Həmçinin gənc rəssam və heykəltəraşlar üçün ikigünlük treninq təşkil olunub. Gənclərə aidiyyəti dövlət və yerli idarəetmə orqanları, qeyri-hökumət təşkilatları və iş adamları ilə əməkdaşlığın qurulması imkanları öyrədilib.