İQTİSADİYYAT


Azərbaycan ixrac missiyası Dubaydadır

Bakı, 9 dekabr, AZƏRTAC

“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsullarımızın xarici ölkələrdə daha çox tanıdılması məqsədilə Azərbaycan ixrac missiyası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində səfərdədir.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ixrac missiyasına qida sənayesi, turizm və tikinti materialları sahəsində fəaliyyət göstərən 24 Azərbaycan şirkəti daxildir. Səfər çərçivəsində Azərbaycanlı sahibkarlar xarici həmkarları ilə görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.