MƏDƏNİYYƏT


“Azərbaycan” jurnalının növbəti nömrəsində...

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı olan “Azərbaycan” jurnalının növbəti, 10-cu nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, jurnalın “Poeziya” bölməsində Qəşəm Nəcəfzadə, Adil Cəmil, Dəyanət Osmanlı, Zakir Bayram, Mövlud Teymur və başqalarının yaradıcılığından nümunələr yer alıb.

Jurnalın “Nəsr” rubrikasında Vaqif Bəhmənlinin müqtədir aktyor Hüseynqulu Sarabskiyə həsr etdiyi “Məcnun özü” adlı portret–povesti, Südabə Ağabalayevanın “Ocaq daşı” povesti, Vilayət Quliyevin tərcüməsində Miksat Kalmanın “Danışan kürk” povesti, Kamil Əfsəroğlunun “Bəyaz qaranlıq, Sarışınlar metrosu” əsəri və digər yazılar dərc olunub.

Bu nömrədə həmçinin Günel Natiq, Cəlil Nağıyev, Nərgiz Cabbarlı və başqalarının yeni yazdığı əsərlər oxuculara təqdim edilib.

Jurnalın redaktoru Əməkdar İncəsənət Xadimi İntiqam Qasımzadədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.