İDMAN


Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Tokio Olimpiadasında mübarizəni dayandırıb

Bakı, 5 avqust, AZƏRTAC

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev “Tokio-2020” Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

AZƏRTAC xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz A qrupu çərçivəsində sonuncu döyüşünü keçirib. Misirli Əli Elsavi ilə qarşılşan karateçimiz 0:1 hesabı ilə məğlub olub.

Karateçimiz ilk görüşünü Eray Şamdana (Türkiyə) qarşı keçirib və 1:7 hesabı ilə məğlub olub. Növbəti döyüşündə təmsilçimiz Yaponiya idmançısı Naoto Saqonu 1:0 hesabı ilə üstələyib. Darxan Assadılov (Qazaxıstan) ilə qarşılaşmada təmsilçimiz 2:6 hesabı ilə məğlub olub.

Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək. Karateçimiz qrupda ilk iki pillədə qərarlaşa bilməyib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.