ELM VƏ TƏHSİL


Azərbaycan komandası Amerikada keçirilən robototexnika yarışmasında yüksək nəticə göstərib

Bakı, 13 may, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarında keçirilən “VEX Robotics World Championship 2022” yarışmasında ölkəmizi təmsil edən komanda böyük uğura imza atıb.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Ginnesin Rekordlar Kitabı”na dünyanın ən böyük robototexnika yarışması kimi düşən “VEX Robotics World Championship 2022”də Azərbaycan komandası göstərdiyi nəticələrə görə divizionun “Energy Team” kubokunu qazanıb.

Ölkəmizi yarışda təmsil edən komandamız yarışdığı divizionda 20 ən yaxşı komanda siyahısına daxil olaraq finala qatılıb və VI yerdə qərarlaşıb.

Qeyd edək ki, yarışlarda 50-yə yaxın ölkədən 4 min 800 komanda, 15 minə yaxın şagird iştirak edib. Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə robototexnika üzrə dünya çempionatında ilk dəfə təmsil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.