İDMAN


Azərbaycan kuboku tarixində ilk dəfə ardıcıl ikinci finalda eyni baş məşqçilər iştirak edəcəklər

Bakı, 1 may, AZƏRTAC

Futbol üzrə Azərbaycan kuboku tarixində ilk dəfə ardıcıl ikinci finalda eyni baş məşqçilər iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, Ayxan Abbasov 2018/2019-cu il mövsümündə olduğu kimi, yenə “Sumqayıt”ın “sükanı arxası”nda həlledici qarşılaşmaya vəsiqə qazanıb. “Keşlə”yə rəhbərlik edən Sənan Qurbanov isə 2 il öncə “Qəbələ”nin baş məşqçisi kimi buna nail olub. Ötən mövsüm yarımçıq dayandırıldığından baş tutan son finalın iştirakçıları 2 ildən sonra yenidən üz-üzə gələcək. Ölkə kubokunun 29 illik tarixində bunadək belə hadisə qeydə alınmayıb.

Həmçinin Sənan Qurbanov ardıcıl iki finala fərqli komandalarla yüksələn ilk mütəxəssisdir. Ona qədər bir neçə məşqçi 2, hətta 3 dəfə ardıcıl final həyəcanı yaşasa da, buna eyni komanda ilə nail olub.

Qeyd edək ki, baş tutan son finalda “Qəbələ” “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.