İDMAN


Azərbaycan kuboku yarışı: “Qarabağ” – “Zirə” matçında əlavə vaxt oynanılacaq

Bakı, 27 may, AZƏRTAC

Futbol üzrə Azərbaycan kuboku yarışının final oyununun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb və qalib müəyyənləşməyib.

AZƏRTAC xəbər verir ki, həlledici matçda Azərbaycan çempionu “Qarabağ”la ölkə çempionatının bürünc mükafatçı “Zirə” qarşılaşır. Qəbələ şəhər stadionunda keçirilən görüşdə hesabı “Zirə” komandası hesabı açıb. Matçın 17-ci dəqiqəsində Hamidu Keyta fərqlənib. Görüşün birinci hissəsi “Zirə”nin minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.

İkinci hissəyə daha fəal başlayan Azərbaycan çempionu “Qarabağ” oyunun 69-cu dəqiqəsində istəyinə nail olub. Abdullah Zubir fərqlənməklə hesabı bərabərləşdirib – 1:1. Komandaların cəhdlərinə baxmayaraq görüşün əsas vaxtı heç-heçə ilə başa çatıb.

Qalibin müəyyənləşməsi üçün əlavə vaxta ehtiyac duyulub. Qalibi müəyyən etmək üçün 15 dəqiqədən ibarət 2 hissə oynanılacaq.

Finalçılar Azərbaycan kuboku yarışında ilk dəfə qarşılaşırlar. Bakı təmsilçisi Ağdam klubuna yarışda 39-cu rəqibdir. Ağdam klubu isə qəsəbə təmsilçisi üçün 10-cu rəqibdir.

Yarışın 30 illik tarixində 472 müxtəlif cüt üz-üzə gəlib. “Qarabağ” – “Zirə” cütü bu siyahıda 473-cüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.