İDMAN
Azərbaycan kuboku yarışlarının 2016/2017-ci il mövsümünün püşkü atılıb
Bakı, 6 oktyabr, Elşad Qəzvini, AZƏRTAC
Oktyabrın 6-da futbol üzrə Azərbaycan kuboku yarışlarının 2016/2017-ci il mövsümünün püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, yeni mövsümdə mükafat uğrunda 18 klub mübarizə aparacaq.
Püşkatmanın nəticəsinə əsasən, 1/16 və 1/8 finalda mübarizə aparacaq cütlüklər müəyyənləşib.
Onaltıdabir final mərhələsində "Turan Tovuz" - "Bakılı" və "Şəmkir" - "Qaradağ Lökbatan" görüşləri oynanılacaq.
Səkkizdəbir finalda isə "Kəpəz" "Şahdağ", "Neftçi" "Şərurspor", "Sumqayıt" MOİK, "Qarabağ" "Səbail", "Zirə" - "Turan Tovuz"/"Bakılı", "Qəbələ" "Zaqatala", "İnter" - "Şəmkir"/"Qaradağ Lökbatan" və AZAL komandası isə "Rəvan" ilə qarşılaşacaq.
Onaltıdabir final mərhələsinin matçları oktyabrın 12-də, növbəti görüşlər isə dekabrın 2-3-də oynanılacaq.