İDMAN


Azərbaycan millisinin çimərlik güləşi üzrə Avropa çempionatı üçün heyəti açıqlanıb

Bakı, 6 iyul, AZƏRTAC

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Avropa çempionatı keçiriləcək.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, iyulun 7-də U-17, növbəti gün isə U-20 yaş qrupunda qitə birinciliyinin medalçıları müəyyənləşəcək.

Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında U-17 yaş qrupunda Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq), U-20 yaş qrupunda isə Rübail İbrahimli, Hüseyn Əliyev (hər ikisi 70 kq), Fərid Yusifov (80 kq), Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (+90 kq) ölkəmizi təmsil edəcəklər.

Proqrama əsasən, qrup mərhələsinin görüşləri Bakı vaxtı ilə 11:00-da başlayacaq. Pley-off və medallar uğrunda mübarizəyə isə 17:00-da start veriləcək.

Həftəsonu isə böyüklər arasında dünya seriyasının dördüncü mərhələsi baş tutacaq. İyulun 9-10-da keçiriləcək turnirdə həmişə olduğu kimi, Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) çıxış edəcəklər.

Beynəlxalq dərəcəli hakim Bəşir İsazadə bu yarışlarda ədaləti qoruyacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.