İQTİSADİYYAT
Azərbaycan şirkətləri “TURKMENTEL 2016” konfransına dəvət olunur
Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycanın Kabel Operatorları Assosiasiyası ölkəmizdə fəaliyyət göstərən şirkətləri sentyabrın 15-16-da Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək “TURKMENTEL 2016” 10-cu Beynəlxalq telekommunikasiya, telemetriya və informasiya texnologiyaları konfransına dəvət edir.
İnformasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq konfrans çərçivəsində elektron ödənişlər, informasiya təhlükəsizliyi, İP TV, e-hökumət, e-sənəd dövriyyəsi kimi aktual məsələlərin həlli məqsədilə Türkmənistanın müasir avadanlığa, informasiya və kommunikasiya texnologiyalarına olan tələbatı müzakirə olunacaq.
Türkmənistanın Rabitə Nazirliyi, “Altın Asır” milli mobil operatoru “TurkmenTelecom” milli telekommunikasiya şirkəti, Türkmənistanın Elm və Texnologiyalar üzrə Dövlət Agentliyi, Türkmənistan Prezidenti yanında Milli Kosmik Agentliyi, Regional Rabitə Birliyi və digər qurumlar konfransa rəsmi dəstək göstərir.