ELM VƏ TƏHSİL


Azərbaycan torpaqlarının ekoloji qiymət xəritələrinə dair məruzə dinlənilib

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun növbəti elmi seminarında akademik Qərib Məmmədov “Azərbaycan Respublikası torpaqlarının elektron xəritəsi və torpaqların ekoloji qiymət xəritələrinin tətbiqinə dair” mövzusunda məruzə ilə çıxış edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, akademik coğrafi informasiya sistemləri, Azərbaycan ərazisinin rəqəmsal yüksəklik modeli, aero və kosmik materiallar əsasında elektron torpaq xəritəsi tərtibinin əsas xüsusiyyətləri haqqında məlumat verib. İnteraktiv torpaq xəritələrinin və torpaqların CIS əsasında ekoloji qiymətləndirilməsi xəritəsinin hazırlanması məsələlərinə aydınlıq gətirən məruzəçi ilkin hazırlanmış interaktiv elektron torpaq və ekoloji qiymət xəritələrini nümayiş etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.