Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan və Əlcəzair arasında əməkdaşlığa dair ilk sənəd imzalanıb

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycan İslam və ərəb dünyası ilə əlaqələrə xüsusi əhəmiyyət verir. Dövlətimizin başçısı tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması çərçivəsində dost Əlcəzair Xalq Demokratik Respublikası ilə ikitərəfli münasibətlərin inkişafı məqsədilə iki ölkənin Ədliyyə nazirlikləri tərəfindən danışıqlar aparılaraq əməkdaşlıq haqqında Anlaşma Memorandumunun qısa müddətdə layihəsi razılaşdırılıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin sənədin imzalanması üçün Əlcəzairin ədliyyə naziri Əl-Tayyib Louhun dəvəti əsasında Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov aprelin 16-18-də nümayəndə heyəti ilə bu ölkədə səfərdə olub.

Səfər zamanı ədliyyə nazirlərinin səmimi və dostluq şəraitində keçirilmiş görüşündə əməkdaşlığın perspektivləri müzakirə olunub, hər iki dövlətdə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycanda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə görülən işlərə və əldə olunan nailiyyətlərə böyük maraq göstərilərək, təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün faydası qeyd edilib.

Sonra nazirliklər arasında məhkəmə, ədliyyə, o cümlədən penitensiar sistemin təkmilləşdirilməsi, elektron ədliyyə, qanunvericilik, ədliyyə işçilərinin və hakimlərin tədrisi sahəsində birgə tədbirlərin keçirilməsini nəzərdə tutan əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb, mətbuat üçün brifinq keçirilib.

Qeyd olunub ki, Azərbaycandan Əlcəzairə nazir səviyyəsində edilən bu ilk səfər tarixi hadisə olmaqla münasibətlərimizin inkişafına təkan verəcək. Eyni zamanda, Anlaşma Memorandumu iki ölkə arasında əməkdaşlığa dair imzalanan ilk sənəd olmaqla müqavilə-hüquq bazasının təməlini qoyub və qarşılıqlı fəaliyyətin müxtəlif sahələrdə dərinləşməsinə dəyərli töhfə olacaq.

Əlcəzairli nazir Azərbaycanda gedən proseslərdən məlumatlı olduğunu bildirərək, ölkəmizin sürətli inkişafında, əmin-amanlığın və sabitliyin təmin olunmasında Prezident İlham Əliyevin müstəsna rolunu və xidmətlərini vurğulayıb.

Bununla yanaşı, Əlcəzairin Ədliyyə Nazirliyi tərəfindən əhaliyə göstərilən elektron xidmətlərə dair təqdimat keçirilib, bu sahədə təcrübə mübadiləsi aparılıb, Azərbaycanın brendi olan və ədliyyənin də müxtəlif xidmətlər göstərdiyi “ASAN xidmət”in vətəndaş məmnunluğunu təmin edən fəaliyyəti barədə məlumat verilib.

Səfər zamanı Əlcəzairin Baş naziri Abdelmalek Sellal ilə görüş keçirilib. İki ölkənin din və mədəniyyət kimi ortaq dəyərlərə malik olduğunu söyləyən Baş nazir səfərin və imzalanmış sənədin mühüm əhəmiyyətini qeyd edib. O, Əlcəzairin Azərbaycan ilə bütün istiqamətlərdə, xüsusilə iqtisadi, hüquqi, ticarət, neft-qaz və mədəniyyət sahələrində əməkdaşlığın aparılmasında maraqlı olduğunu bildirib, bunun üçün böyük potensialın mövcudluğunu vurğulayıb. Baş nazir ölkəsinin Afrikada nüfuza malik olduğunu bildirərək qitə ölkələri ilə əlaqələrin inkişafında Azərbaycana kömək etməyə hazır olduğunu söyləyib.

Görüşdə Azərbaycanda ədliyyə və məhkəmə sistemində aparılan islahatlara maraq göstərilib, bu sahədə təcrübə mübadiləsinin hər iki tərəf üçün faydası qeyd edilib.

Ədliyyə naziri F.Məmmədovun Əlcəzairin Ali Məhkəməsinin sədri və baş prokuroru ilə də görüşü olub. Görüşdə ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, elektron məhkəmənin tətbiqi, hakimlərin seçimi və tədrisi müzakirə edilib, ikitərəfli əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərilib, məhkəmənin binası ilə tanışlıq olub.

Nümayəndə heyəti, həmçinin Ali Magistratlar (Hakimlər və Prokurorlar) Məktəbinə səfər edilərək həmin qurumun fəaliyyəti, hakimlərin və prokurorların ilkin və davamlı tədrisi prosesi ilə tanış olub, əməkdaşlığa dair faydalı danışıqlar aparıb.

Azərbaycan Prezidentinin tapşırığına əsasən, penitensiar sistemin təkmilləşdirilməsi, infrastrukturun yenilənməsi ilə bağlı islahatların həyata keçirildiyi nəzərə alınaraq ölkəmizin nümayəndə heyəti, həmçinin Əlcəzairin yeni inşa olunmuş müasir penitensiar kompleksinə baş çəkərək qurumun fəaliyyəti, məhkumların saxlanma şəraiti, habelə Probasiya xidməti, eləcə də Həbsxana Əməkdaşlarının Milli Məktəbində penitensiar xidmət üçün kadrların hazırlanması sistemi ilə maraqlanıb, bu sahədə faydalı təcrübə mübadiləsi aparılıb.

Nümayəndə heyəti Əlcəzairin Milli Notariuslar Palatasının fəaliyyəti ilə də tanış olaraq səmərəli fikir mübadiləsi aparıb. Söhbət zamanı Azərbaycanın notariat institutunun fəaliyyətinə maraq göstərilib.

Bütün görüşlərdə həmsöhbətlərin diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, torpaqlarımızın 20 faizinin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunaraq, münaqişəyə dair broşürlər və digər əyani vəsait təqdim edilib.

Tədbirlərdə Azərbaycanın Əlcəzairdəki səfiri Mahir Əliyev də iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidissiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər