İDMAN


Azərbaycan və Gürcüstan milli yığmalarının birgə beynəlxalq və regional yarışları təşkil olunacaq

Bakı, 14 may, AZƏRTAC

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Gürcüstan Cüdo Federasiyasının vitse-prezidenti David Kevxişvili ilə görüşüb.

Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı iki ölkə arasında cüdo idman növü üzrə əməkdaşlıq məsələləri müzakirə edilib, müxtəlif yaş qrupları üzrə milli yığmaların birgə təlim-məşq toplanışlarının, birgə beynəlxalq və regional yarışların təşkil edilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, bu il aprelin 13-də ACF-nin prezidenti Rəşad Nəbiyev Beynəlxalq Cüdo Federasiyası tərəfindən yaradılan Yeni texnologiyalar və yüksək məhsuldarlıq komissiyasına sədr seçilib. David Kevxişvili isə komissiyanın direktoru təyin olunub. Görüş zamanı komissiyanın fəaliyyətinin təşkili məsələləri müzakirə edilib, bu istiqamətdə növbəti addımlar müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.