REGİONLAR


Azərbaycan və Gürcüstandan olan rəqs qrupları Qubada çıxış ediblər

Quba, 22 fevral, Elxan Yusifli, AZƏRTAC

Fevralın 22-də Qubada təşkil olunan “Uşaq və gənclərin ənənəvi yaradıcılıq gecəsi”ndə müxtəlif rəqs və özfəaliyyət kollektivləri bir-birindən maraqlı çıxışlar ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bəşir Səfəroğlu adına Mədəniyyət Mərkəzində təşkil olunan tədbirə Bakı, Quba, Abşeron və Sumqayıtdan, həmçinin qonşu Gürcüstandan 150-yə yaxın iştirakçı qatılıb.

Konsertə gələnlər əvvəlcə istedadlı uşaq və gənclərin əl işlərindən ibarət sərgiyə baxıblar.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Təhsil şöbəsinin müdiri Rüfət Hacıyev, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ramin Məmmədov çıxış edərək yaradıcılıq gecəsinin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Bildirilib ki, Quba Rayon Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvləri 2011-ci ildən ənənəvi olaraq bir sıra beynəlxalq festival və müsabiqələrdə uğurla iştirak edərək mükafatlara layiq görülüblər. Bu müsabiqələr çərçivəsində mərkəzin dərnək üzvlərinin Azərbaycanın adət-ənənələri ilə bağlı təqdimatları da olub.

Tədbirdən sonra “Uşaq və gənclərin ənənəvi yaradıcılıq gecəsi”nin iştirakçıları Azərbaycanın ilk uşaq telekanalı “ARB Günəş”in qonağı olublar. Televiziya ilə yaxından tanış olan qonaqlar “ARB Günəş”də yayımlanan proqramlara çəkiliblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.