SİYASƏT


Azərbaycan və İordaniya arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Qahirə, 17 sentyabr, AZƏRTAC

Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov bu ölkənin parlamentariləri ilə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüşdə iki dost ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, parlament üzvlərinin əməkdaşlığın inkişafı istiqamətində birgə fəaliyyət istiqamətləri müzakirə olunub.

İordaniya parlamentinin Asiya və Sakit Okean ölkələri ilə dostluq assosiasiyasının sədri Əbdülrəhim əl-Maayeh bildirib ki, krallıqla Azərbaycan arasında iki dövlətin başçılarının - Prezident İlham Əliyev və Kral II Abdullanın möhkəm dostluq əlaqələrinə söykənən siyasi münasibətlər mövcuddur. O, dost ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir çox sənəd və memorandum imzalamasının, enerji, turizm və digər istiqamətlərdə əlaqələrin böyük potensialı olduğunu vurğulayıb.

Səfir E.Səlimov qeyd edib ki, Azərbaycanla İordaniya arasında əməkdaşlığın daha da inkişafı üçün bütün imkanlar mövcuddur. O, bu sahədə qanunverici orqanların rolunu xüsusi qeyd edib. Diplomat vurğulayıb ki, dövlət başçıları arasında dostluq və yüksək etimad əlaqələrin genişlənməsi, xüsusən qarşılıqlı sərmayələrin cəlb edilməsində xüsusi əhəmiyyətə malikdir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.