ELM VƏ TƏHSİL
Azərbaycan və Özbəkistanın elmi qurumlarının həmkarlar ittifaqları əməkdaşlıq edəcək
Bakı, 1 iyul, AZƏRTAC
İyulun 1-də Bakıda Özbəkistan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqı arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, müqaviləni Özbəkistan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri professor Rovşan Badirov və AMEA Azad Həmkarlar İttifaqının sədri professor Habil Qurbanov imzalayıblar.
İki ölkənin elmi qurumlarının həmkarlar ittifaqları arasında əlaqələrin və səmərəli əməkdaşlığın təşkilinə geniş imkanlar yaradan müqavilə 5 il müddətinə nəzərdə tutulub.
İmzalanma mərasimində Özbəkistan Elmlər Akademiyası Birgə Həmkarlar İttifaqının sədri Şerzod Juraev də iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:44]
Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub
- 26.04.2024 [17:15]
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar
- 26.04.2024 [16:52]
“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev
- 26.04.2024 [16:34]
“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB
- 26.04.2024 [16:32]
Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub
- 26.04.2024 [16:13]
BDU-da “Türk otağı” açılıb
- 26.04.2024 [15:49]
BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir
- 26.04.2024 [15:35]