SİYASƏT


Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr konstruktiv keçib VİDEO

Bakı, 27 iyul, AZƏRTAC

Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlikləri arasında fəaliyyət planı var və həmin plana əsasən nazirliklər intensiv məsləhətləşmələr aparırlar.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Xarici işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya Xarici İşlər Nazirliyi ilə informasiya təminatı mövzusunda keçirilən məsləhətləşmələrdən sonra jurnalistlərə açıqlamasında deyib. Mətbuat xidmətinin rəhbəri informasiya sahəsində aparılan məsləhətləşmələrin konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçdiyini söyləyib. “Media ilə iş, sosial şəbəkələr, rəqəmsal diplomatiya sahələrində potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirdik. Belə konstruktiv səviyyədə əməkdaşlığımızı davam etdirmək üçün hər cür səy göstərəcəyimizlə bağlı razılığa gəldik”, - deyə o əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova isə deyib ki, məsləhətləşmələrdə Rusiya jurnalistlərinin Azərbaycanda və Azərbaycan KİV nümayəndələrinin Rusiyada fəaliyyətlərinin asanlaşdırılmasına dair fikir mübadiləsi aparıldı. Azərbaycan və Rusiya informasiya siyasəti məsələləri üzrə beynəlxalq səviyyədə sıx əməkdaşlıq etmək niyyətindədir. Məsləhətləşmələrin intensivləşdirilməsinə dair qərar qəbul olundu.

Mariya Zaxarova deyib ki, bu gün dünya daha çox saxta xəbərlər və söz azadlığına məhdudiyyətlərlə üzləşir. Buna baxmayaraq, biz ölkələrimizdəki jurnalistlərin rahat şəraitdə işlədiklərinin şahidi oluruq. Bəzən xarici KİV-lərdə anti-Azərbaycan kampaniyası aparılır. Azərbaycanın və Rusiyanın iştirak etdiyi beynəlxalq təşkilatlarda mənfi və destruktiv tendensiyaya qarşı mübarizə aparmaq üçün vasitələr mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.